İran XİN ABŞ-ın ölkənin 11 sentyabr terror aktlarında əlinin olmasıyla bağlı ittihamlarını cavablandırıb

İran XİN ABŞ-ın ölkənin 11 sentyabr terror aktlarında əlinin olmasıyla bağlı ittihamlarını cavablandırıb "Qərar o qədər gülməlidir ki, ABŞ-ın bütün hüquqi sistemini şübhə altına alır"
Region
14 Mart , 2016 16:04
İran XİN ABŞ-ın ölkənin 11 sentyabr terror aktlarında əlinin olmasıyla bağlı ittihamlarını cavablandırıb

Bakı. 14 mart. REPORT.AZ/ İran hakimiyyəti Nyu York məhkəməsinin rəsmi Tehranın 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktları nəticəsində ölənlərin ailələrinə təzminat qismində 10,5 milyard dollar ödəməli olması barədə qiyabi qərarını gülünc və çirkin adlandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ənsari bildirib.

"Qərar o qədər gülməlidir ki, ABŞ-ın bütün hüquqi sistemini şübhə altına alır", - deyə o qeyd edib. Eyni zamanda, H.C.Ənsari məhkəmənin hökmünü İrana qarşı yönəlmiş nonsens kimi dəyərləndirib.

Məhkəmənin qərarına əsasən, İran terror qurbanlarının ailələrinə 7,5 milyard dollar ödəməlidir. 3 milyard dollar isə terrordan sonra sığorta xərclərini qarşıladığına görə sığorta şirkətlərinə verilməlidir. Qeyd edək ki, bir müddət əvvəl məhkəmə İranın terrorçulara yardım etmədiyini sübut edə bilmədiyini əsas gətirərək, rəsmi Tehranın terror nəticəsində vurulmuş ziyana görə məsuliyyət daşımalı olduğuna dair hökm vermişdi.

Son xəbərlər

Orphus sistemi