Yuxarı
    Bağlamaq

    ​İran XİN-ə yeni sözçü təyin edilib

    Keçmiş sözçü isə xarici işlər nazirinin ərəb və Afrika ölkələri ilə iş üzrə müavini təyin olunub

    Bakı. 20 iyun. REPORT.AZ/ Behram Qasimi İran Xarici İşlər Nazirliyinin (XİN) yeni sözçüsü və İctimai Diplomatiya Mərkəzinin sədri təyin edilib.

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, XİN-in keçmiş sözçüsü Hüseyn Cabiri-Ənsari xarici işlər nazirinin ərəb və Afrika ölkələri ilə iş üzrə müavini təyin olunub.

    Əvvəllər bu vəzifəni tutmuş Hüseyn Əmir Abdullahian isə xarici işlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.

    Qeyd edək ki, Behram Qasimi əvvəllər İranın İrlandiya, İtaliya və İspaniya ölkələrində səfiri və Xarici İşlər Nazirliyinin Ümumi şöbəsinin müdiri vəzifəsində çalışıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi