​İran XİN başçısı Türkiyəyə səfər edəcək

​İran XİN başçısı Türkiyəyə səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı naziri qəbul edəcək
Region
11 Avqust , 2016 14:27
​İran XİN başçısı Türkiyəyə səfər edəcək

Bakı. 11 avqust. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif avqustun 12-də Türkiyəyə səfər edəcək.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı naziri qəbul edəcək.

Məlumata görə, görüşlərdə ikitərəfli əlaqələrin bütün istiqamətləri, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi