İran uranın zənginləşdirilməsini nüvə sazişindəki səviyyədən yuxarı qaldırmaq niyyətindədir

Region
  • 03 iyul, 2019
  • 08:21
İran uranın zənginləşdirilməsini nüvə sazişindəki səviyyədən yuxarı qaldırmaq niyyətindədir

"Bu il iyulun 7-dən etibarən uranın zənginləşdirməsi daha 3,67% səviyyəsində olmayacaq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

O, nüvə sazişi ilə bağlı öhdəlikləri bir kənara qoyub, zənginləşdirmə səviyyəsini yuxarı qaldıraraq istədikləri səviyyədə saxlayacaqlarını bildirib.

Xatırladaq ki, İran tərəfi ABŞ-ın nüvə sazişindən çıxmasının ili tamam olanda - mayın 8-də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bir sıra öhdəliklərinin, o cümlədən zənginləşdirilmiş uran və ağır su ehtiyatları üzrə öhdəliklərin yerinə yetirilməsini dayandırdığını elan edib.

44 - Tezliklə