Yuxarı

İran Türkiyə ilə sərhəddini açıb

Artıq yük avtomobilləri və digər nəqliyyat vasitələrinim sərhədi keçməsinə başlanılıb

Bakı. 16 iyul. REPORT.AZ/ İran Türkiyə ilə sərhəddini açıb. “Report” xəbər verir ki, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

“Dünən gecə Türkiyədə baş verən çevriliş cəhdi ilə əlaqədar bağlanan sərhəd keçid məntəqələri artıq fəaliyyətini bərpa edib”, - İranın güc strukturlarından bildirilib.

Artıq yük avtomobilləri və digər nəqliyyat vasitələrinim sərhədi keçməsinə başlanılıb.

Qeyd edək ki, Türkiyədə silahlı çevrilişə cəhd edən 2,8 mindən şəxs artıq həbs olunub, onların içərisində yüksək hərbi rütbəlilər də var. Son məlumatlara görə, dövlət çevrilişinə cəhd zamanı 161 nəfər həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi