İranla "Taliban" arasında danışıqlar olub

İranla "Taliban" arasında danışıqlar olub Bakı. 15 yanvar. REPORT.AZ/ “İran Əfqanıstanda sabitliyi dəstəkləmək və İŞİD tərəfdarlarının planlarını pozmaq üçün “Taliban”la danışıqlar aparıb”.
Region
15 Yanvar , 2019 17:25
İranla Taliban arasında danışıqlar olub
iran.ru

Bakı. 15 yanvar. REPORT.AZ/ “İran Əfqanıstanda sabitliyi dəstəkləmək və İŞİD tərəfdarlarının planlarını pozmaq üçün “Taliban”la danışıqlar aparıb”.

“Report” İLNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin sədri Heşmətulla Falaxatpişə deyib.

Onun sözlərinə görə, "Taliban"la görüş İslam Respublikasının bu təşkilatı tanıması demək deyil: “İran tarixi səbəblər baxımından "Taliban"la fikir ayrılığına malikdir”.

Komitə sədri "Taliban"ın Əfqanıstanda hakimiyyətdə təmsil olunduqlarının bir həqiqət olduğunu təsdiqləyib: “İran Əfqanıstanı "Taliban"dan daha təhlükəli sayır”.

Son xəbərlər

Orphus sistemi