İran sərhədi pozmağa çalışan ABŞ təyyarələrinə xəbərdarlıq edib

İran sərhədi pozmağa çalışan ABŞ təyyarələrinə xəbərdarlıq edib General: "Son üç gün ərzində 12-dən çox xəbərdarlıq olunub"
Region
28 Dekabr , 2016 15:29
İran sərhədi pozmağa çalışan ABŞ təyyarələrinə xəbərdarlıq edib

Bakı. 28 dekabr. REPORT.AZ/ İran ölkənin cənubunda hava hücumundan müdafiə təlimləri keçən zaman sərhədlərini pozmağa çalışan ABŞ-ın kəşfiyyat təyyarələrinə bir neçə dəfə xəbərdarlıq edib.

"Report" RİA "Novosti"yə istinad xəbər verir ki, bu barədə İran ordusunun briqada generalı Abbas Fərəcpur bildirib.

"Son üç gün ərzində təyyarələrin İranın hava məkanına daxil olmaması üçün 12-dən çox xəbərdarlıq edilib" - general vurğulayıb.

Məlumata görə, xəbərdarlıqlar ABŞ Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatlarına edilib. Onlar İranın hər il hərbi hava təlimləri keçirdiyi əraziyə yaxınlaşmaq istəyib.

Son xəbərlər

Orphus sistemi