Yuxarı
    Bağlamaq

    ​İran səfiri: "Bizim heç vaxt atom bombamız olmayıb və heç vaxt da olmayacaq"

    İranın nüvə proqramı yalnız sülh və elmi məqsədlər üçün nəzərdə tutulub

    Bakı. 1 iyul. REPORT.AZ/ "İran onilliklər boyu öz nüvə proqramını inkişaf etdirir və o, yalnız dinc və elmi məqsədlər üçün nəzərdə tutulub". Bu barədə "Report"a İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

    Onun sözlərinə görə, bu gün dünyanın nəhəng dövlətləri İranın nüvə enerjisindən istifadə etmək hüququnu tanıyıb və İranın MAQATE(Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarəti altında dinc məqsədlər üçün uranı zənginləşdirmək hüququ var.

    Vyanada baş tutan İranın nüvə proqramı ilə bağlı danışıqları şərh edən Möhsün Pak Ayin bidirib ki, İran hökuməti onunla dostluq münasibətləri qurmaq istəyən ölkələrlə qarşılıqlı inam mühiti yaratmaq niyyətindədir: "Biz atom bombası yaratmaq niyyətində deyilik, düşünmürük ki, onu yaratmaq bizim maraqlarımıza uyğundur. Bizim nüvə proqramımız tamamilə sülh məqsədləri üçündür. Bizim heç vaxt atom bombamız olmayıb və heç vaxt da olmayacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi