Yuxarı

İran sanksiyalara görə Hörmüz boğazını bağlamaqla təhdid edib

İran sanksiyalara görə Hörmüz boğazını bağlamaqla təhdid edib

İran ABŞ-ın məhdudlaşdırıcı tədbirləri səbəbindən istifadə edə bilməyəcəyi təqdirdə, Hörmüz boğazını bağlayacaq.

"Report" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Tanqsiri bildirib.

"Beynəlxalq hüquqa əsasən, Hörmüz boğazı su yoludur və bizə ondan istifadə etməyə icazə verilməzsə, onu bağlayacağıq", - o deyib.

Qeyd edək ki, 2018-ci ilin sonunda İran Prezidenti Həsən Ruhani ABŞ-ın İrana sanksiyalar çərçivəsində öz neftini satmasına mane olacağı təqdirdə, Fars körfəzi regionundan neft ixracının qarşısını alacaqlarını bildirərək təhdid etmişdi.

Bu gün ABŞ Prezidenti Donald Tramp İrana qarşı neft sanksiyalarına istisnaların müddətini uzatmaqdan imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi