İran Rusiyanın ərzaq bazarında Avropanı əvəz etmək niyyətindədir

İran Rusiyanın ərzaq bazarında Avropanı əvəz etmək niyyətindədir Rusiyada yeni bazarların axtarışı istiqamətində fəaliyyət göstərəcək xüsusi işçi qrupu yaradılıb
Region
8 Sentyabr , 2014 09:30
İran Rusiyanın ərzaq bazarında Avropanı əvəz etmək niyyətindədir
Bakı. 8 sentyabr. REPORT.AZ/ İran Rusiyanın ərzaq bazarında Avropanı əvəz etmək niyyətindədir. Report-un İranın "Fars" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  ölkənin Ticarətə Dəstək Təşkilatının direktoru Mir Abutalıb-Bədir bəyan edib.

O deyib ki,  Rusiya tərəfindən Avropa İttifaqının (Aİ) ərzaq mallarına sanksiya tətbiq edildiyinə görə İranın iş adamları meyvə və tərəvəz, balıq və quş ətinin Rusiyaya idxal həcmini artırmağa çalışırlar. Belə ki, İran Rusiyada yeni bazarların axtarışı istiqamətində fəaliyyət göstərəcək xüsusi işçi qrupu yaradıb.

Mazandaran, Gilan, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindən olan iş adamları Rusiyada keçiriləcək World Food Expo qida sənayesi sərgisində iştirak etməyə hazır olduqlarını bildiriblər. Təşkilatın direktoru qeyd edib ki, bu addım İran meyvə və süd məhsulları üçün yeni bazarların araşdırılması məqsədilə atılıb. 

Son xəbərlər

Orphus sistemi