İran rusiyalı jurnalistin saxlanılmasının casusluqla bağlı olmadığını açıqlayıb

İran rusiyalı jurnalistin saxlanılmasının casusluqla bağlı olmadığını açıqlayıb Rusiya vətəndaşı Yuliya Yuzikin saxlanılmasının casusluq məsələsi ilə əlaqəsi yoxdur.
Region
7 Oktyabr , 2019 13:34
İran rusiyalı jurnalistin saxlanılmasının casusluqla bağlı olmadığını açıqlayıb

Rusiya vətəndaşı Yuliya Yuzikin saxlanılmasının casusluq məsələsi ilə əlaqəsi yoxdur.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran hökuməti məlumat yayıb. 

İran hökumətinin təmsilçisi Əli Rabii bildirib ki, jurnalist viza problemi ilə bağlı saxlanılıb.

Rusiya Xarici İşlər Nazirliyi İkinci Asiya İdarəsinin direktoru Zamir Kabulovun sözlərinə görə, Moskva Yuliya Yuzikin tezliklə sərbəst buraxılacağına ümid edir. 

O, jurnalistin bu həftə ərzində buraxılacağını da vurğulayıb. 

Qeyd edək ki, oktyabrın 4-də Yuliya Yuzikin Tehranda saxlanılması ilə bağlı xəbər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi