​İran Rusiyadan 100 sərnişin təyyarəsi almaq niyyətindədir

​İran Rusiyadan 100 sərnişin təyyarəsi almaq niyyətindədir Tehran, həmçinin Rusiyanın Qlobal Naviqasiya Peyk Sistemində maraqlıdır
Region
20 Noyabr , 2015 23:03
​İran Rusiyadan 100 sərnişin təyyarəsi almaq niyyətindədir

Bakı. 20 noyabr. REPORT.AZ/ İran hakimiyyəti yaxın 5 il ərzində Rusiyadan 100 ədəd "Sukhoi Superjet" təyyarəsi almaq niyyətindədir.

"Report" FNA nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya tərəfi məlumat yayıb.

"İranın aparıcı aviaşirkətlərindən biri təyyarə alışı ilə bağlı Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası ilə danışıqlar aparıb. Bu Rusiya təyyarələrinin İranda istehsalı da istisna edilmir", – deyə Rusiya baş nazirinin müavini Roqozin bildirib.

"Rossiyskaya qazeta"nın məlumatına görə, İran, həmçinin Rusiyanın Qlobal Naviqasiya Peyk Sistemi və Rusiyanın iştirakı ilə Yerin məsafədən zondla tədqiq edilməsi üçün şəxsi peyk qrupunun yaradılması ilə maraqlanır.

"Sukhoi Superjet 100" – yaxınmagistral sərnişin təyyarələridir. Təyyarələr Rusiyanın "Aeroflot", "Qazprom avia" və "Inter jet" aviaşirkətləri tərəfindən istismar olunur.

Son xəbərlər

Orphus sistemi