Yuxarı

​İran rəsmisi: "Tehranda bir neçə terror aktının qarşısı alınıb"

Əli Şamxaninin sözlərinə görə, ölkə paytaxında partlayış törətməyi planlaşdıranlar tutulublar

Bakı. 20 iyun. REPORT.AZ/ "Son günlər Tehranda bir neçə terror aktının qarşısı alınıb".

"Report" "PressTV"yə istinadən xəbər verir ki, bunu İslam Respublikasının Ali Təhlükısizlik Şurasinin katibi Əli Şamxani bidirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları Tehranda partlayış törətməyi planlaşdıran şəxsləri həbs edib: "Onlar müqəddəs Ramazan ayında öz pis niyyətlərini həyata keçirməyə cəhd göstəriblər".

Qeyd edək ki, təxminən bir ay əvvəl İranın kəşfiyyat və informasiya naziri Mahmud Ələvi ölkədə sabitliyi pozmaq məqsədi ilə partlayış törətməyi planlaşdıran 20 terrorçu dəstə zərərsizləşdirdiklərini bildirmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi