Yuxarı

​İran rəsmisi: "Təbii qazın qiymətində Türkiyəyə endirim etməyə hazırıq"

Türkiyə Azərbaycandan 1 000 kubmetr qazı 330 dollara, Rusiyadan 400 dollara, İrandan isə 505 dollara alır

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Türkiyə İrandan aldığı təbii qazın həcmini artırdığı halda, qiymətdə endirim etməyə hazırıq".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İran Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani bildirib.

Onun sözlərinə görə, son bir ayda hər iki dövlətin nümayəndələri təbii qazın qiymətinin aşağı salınması məsələsini həll etmək üçün görüşüblər.

Türkiyənin İrandan təbii qaz idxal etməsi haqda saziş 1996-cı ildə imzalanıb və müddəti 25 ildi. Rəsmi Ankara Tehranı Türkiyəyə baha qiymətə "mavi yanacaq" satdığı üçün beynəlxalq məhkəməyə verib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan 1 000 kubmetr qazı 330 dollara, Rusiyadan 400 dollara, İrandan isə 505 dollara alır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi