Yuxarı

​İran rəsmisi: "İŞİD təhlükəsizlik orqanlarımızın nəzarəti altındadır"

Biz bu terrorçu təşkilatı İran üçün hədə saymırıq

Bakı. 14 yanvar. REPORT.AZ/ "Terrorçu İŞİD qruplaşması daimi olaraq, İran İslam Respublikasının təhlükəsizlik orqanlarının nəzarəti altındadır".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin sözçüsü Hüseynəli Əmiri Tehranda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qonşu dövlətlərin təhlükəsizliyi və orada baş verəcək hadisələr bu sahədə İrana da təsir göstərə bilər.

"İranın təhlükəsizlik və hərbi qüvvələri İŞİD-i tam nəzarət altında saxlayır. Ona görə də biz bu terrorçu təşkilatı İran üçün hədə saymırıq", - o, vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi