Yuxarı

İran gündəlik qaz ixracını 200 mln. kubmetrə qədər artırmağı planlaşdırır

Neft naziri: Bu il Cənubi Parsda daha 4 yatağı istismara verməyi planlaşdırırıq

Bakı. 1 avqust. REPORT.AZ/ "İran yaxın zamanlarda qaz ixracı həcmini gündə 200 mln. kubmetr səviyyəsinə qədər artırmağı planlaşdırır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran neft naziri Bijən Namdar Zəngənə deyib.

"Bu il "Cənubi Pars"da daha 4 quyunu istismara verməyi planlaşdırırıq. 10 il bundan əvvəl bu yataqdan ildə 41 mlrd. kubmetr qaz hasil edirdiksə, bu il hasilat həcmini 236 mlrd. kubmetrə qədər artıracağımıza, gələn il isə 400 mlrd. kubmetr həddini aşacağımıza ümid edirik", - deyə B.N.Zənəgənə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi