Yuxarı

İran prezidenti nüvə danışıqlarının iştirakçılarını mükafatlandırıb

Həsən Ruhani iştirakçıları nüvə danışıqlarının aparılmasındakı xidmətinə görə medal və igidlik medalı ilə təltif edib

Bakı. 8 fevral. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, ölkənin Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Əli Əkbər Salehi və müdafiə naziri Hüseyn Dehqan İranın nüvə proqramı üzrə rəsmi Tehranla "altılıq" ölkələri arasındakı danışıqlardakı xidmətlərinə görə bu gün medalla mükafatlandırılıblar.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifə nüvə danışıqlarının aparılmasındakı xidmətlərinə görə medal təqdim edib. İAET rəhbəri Əli Əkbər Salehi və müdafiə naziri Hüseyn Dehqan isə igidlik medalı ilə təltif edilib.

Təntənəli mərasimin gedişində danışıqlarda iştirak etmiş müxtəlif diplomatik və texniki idarələrin 20-dən çox əməkdaşı da medal və xatirə nişanları ilə təltif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi