İran prezidenti Körfəz ölkələrinə rəsmi səfərə gedəcək

İran prezidenti Körfəz ölkələrinə rəsmi səfərə gedəcək O, fevralın 15-də Omanın paytaxtı Maskatda sultan və baş nazir Kabus bin-Səidlə görüşəcək
Region
14 Fevral , 2017 20:04
İran prezidenti Körfəz ölkələrinə rəsmi səfərə gedəcək

Bakı. 14 fevral. REPORT.AZ/ İran Prezidenti Həsən Ruhani fevralın 15-də Oman və Küveytə rəsmi səfər edəcək.

“Report” “PressTV”yə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası rəhbərinin müavini Pərviz İsmaili bildirib.

Onun sözlərinə görə, H.Ruhani fevralın 15-də Omanın paytaxtı Maskata səfər edəcək, sultan və baş nazir Kabus bin Səidlə görüşəcək: “Elə həmin gün Prezident Həsən Ruhani əmir Sabah əl-Əhməd əl-Caber əs-Sabahın dəvəti ilə Küveytə gedəcək”.

Son xəbərlər

Orphus sistemi