İran prezidenti: “Hökumət istefa verməyəcək”

İran prezidenti: “Hökumət istefa verməyəcək” Bakı. 28 iyun. REPORT.AZ/ “Hökumətin istefa verəcəyini düşünənlər səhv edirlər”.
Region
28 İyun , 2018 13:14
İran prezidenti: “Hökumət istefa verməyəcək”
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ “Hökumətin istefa verəcəyini düşünənlər səhv edirlər”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani ölkədəki iqtisadi problemlər və hökumətin istefası çağırışlarına münasibət bildirərkən deyib.

“Biz səlahiyyət müddətimizin sonuncu gününədək vəzifəmizi icra edəcəyik”, - H.Ruhani vurğulayıb.

Milli valyutanın devalvasiyası ilə əlaqədar İran parlamentinin 50 deputatı iqtisadiyyat və maliyyə naziri Məsud Karbasianın istefası tələbi ilə imza toplamışdı.

İyunun 28-də İran parlamentinin sədri Əli Laricani yaranmış vəziyyətlə bağlı bildirib: “İranlılar bütün fikir ayrılığını başqa vaxta saxlamalıdırlar. Cari problemlərin həlli üçün hakimiyyətin bütün qolları səylərini birləşdirməlidir”.

Qeyd edək ki, iyunun 25-də Tehranda və İranın bir sıra şəhərlərində milli valyutanın devalvasiyasına etiraz olaraq aksiya keçirilib. Bəzi məlumatlara əsasən, etirazlar hələ də davam edir.

Son günlər İranda “qara bazarda” 1 dollar 90 min riala dəyişdirlir. Bu rəqəm mayda 65 min rial olub. 

Son xəbərlər

Orphus sistemi