İran parlamentinin sədri: "Rusiya təyyarələrinin Həmədan aviabazasından uçuşları dayandırılmayıb"

İran parlamentinin sədri: "Rusiya təyyarələrinin Həmədan aviabazasından uçuşları dayandırılmayıb" "Uçuşlar dayandırılmayıb. İran və Rusiya terrorla mübarizədə müttəfiqdirlər"
Region
23 Avqust , 2016 11:16
İran parlamentinin sədri: Rusiya təyyarələrinin Həmədan aviabazasından uçuşları dayandırılmayıb

Bakı. 23 avqust. REPORT.AZ/ Rusiya döyüş təyyarələrinin İranın Həmədan aviabazasından uçuşları dayandırılmayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Əli Laricani bildirib.

"Uçuşlar dayandırılmayıb. İran və Rusiya terrorla mübarizədə müttəfiqdirlər", - deyə o vurğulayıb.

Eyni zamanda, Ə.Laricani İranın Həmədandakı bazasının heç kimə daimi əsasda verilmədiyini, sadəcə, oradan yanacaq doldurulması üçün istifadə olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bu bəyanat deputat Mahmud Sadeqinin parlamentin rəyasət heyətinə Həmədan aviabazasından istifadə ilə əlaqədar məsələyə izahat tələb edəcəkləri ilə bağlı atmacasına cavab olaraq verilib.

"Tələb mütləq yerinə yetiriləcək", - deyə İran parlamentinin spikeri bildirib.

Son xəbərlər

Orphus sistemi