İran parlamentinin 18 deputatı istefa verib

İran parlamentinin 18 deputatı istefa verib Bakı. 5 dekabr. REPORT.AZ/ İran parlamentinin 18 deputatı İsfahandakı su kəmərlərinin maliyyələşdirilməsinin 2019-cu ilin büdcəsindən çıxarılmasına etiraz olaraq istefa verib.
Region
5 Dekabr , 2018 15:32
İran parlamentinin 18 deputatı istefa verib
0 : 00
0 : 00

Bakı. 5 dekabr. REPORT.AZ/ İran parlamentinin 18 deputatı İsfahandakı su kəmərlərinin maliyyələşdirilməsinin 2019-cu ilin büdcəsindən çıxarılmasına etiraz olaraq istefa verib.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə İsfahan şəhəri yaxınlığındakı Firidunşəhrdən millət vəkili seçilmiş Əkbər Türki məlumat verib. 

O, istefa verən deputatların hamısının İsfahanı təmsil etdiklərini söyləyib.

İsfahanın digər deputatı Nasir Musəvi Lərgani də Prezident Həsən Ruhaninin su təchizatı məsələsinin həll olunacağı barədə həmyerlilərinə verdiyi vədə əməl etmədiyini və Zəyəndəh çayının qurumasına qarşı heç bir tədbir görülmədiyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi