İran parlamenti yeni il üçün dövlət büdcəsini təsdiqləyib

İran parlamenti yeni il üçün dövlət büdcəsini təsdiqləyib Dövlət büdcəsində yeni il üçün neftin bir bareli 50 dollar götürülüb
Region
22 Fevral , 2017 13:56
İran parlamenti yeni il üçün dövlət büdcəsini təsdiqləyib

Bakı. 22 fevral. REPORT.AZ/ İran parlamenti hicri-şəmsi təqvimi ilə 1396-cı il (2017-ci il martın 21-dən 2018-ci il martın 20-dək) üçün dövlət büdcəsini təsdiqləyib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, dövlət büdcəsi 300 milyard dollar (320 trln. tümən) təşkil edəcək. Bu rəqəm indiki büdcədən 8,84 faiz çoxdur.

Məlumata görə, deputatların 111-i büdcə layihəsinin lehinə, 70-i əleyhinə səs verib, 5 deputat isə tərəfsiz qalıb. Ümumilikdə parlamentin işində 202 deputat iştirak edib.

Xəbərdə bildirilib ki, İranın dövlət büdcəsində yeni il üçün neftin bir bareli 50 dollar götürülüb. 

Son xəbərlər

Orphus sistemi