Yuxarı
    Bağlamaq

    İran ordusunun irimiqyaslı təlimləri başlayıb

    Təlimlər beş gün davam edəcək

    Bakı. 26 dekabr. REPORT.AZ/ İranın cənubunda “Səma müdafiəçiləri-Vilayət-2” adlı irimiqyaslı hərbi təlimlər başlayıb.

    “Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin “Xatəmül-Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının rəisi general-leytenant Fərzad İsmaili bildirib.

    Onun sözlərinə görə, təlim 496 kv km ərazidə 5 gün davam edəcək: “Hərbi təlimlər İranın Oman dənizi və körfəzdəki 3 adasındakı hava və su sərhədlərini əhatə edəcək”.

    F.İsmaili deyib ki, təlimlərdə İnqilab Keşikçiləri Qvardiyasının Hava Hücumundan Müdafiə bölmələri, dəniz donanmasının əməliyyata nəzarət hərbi hissələri, artilleriya və müşahidə tağımları iştirak edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi