Yuxarı

İran nüvə silahına dair müqavilədən çəkilə bilər

İran nüvə silahına dair müqavilədən çəkilə bilər

Avropa dövlətləri əsassız iddialarında israr etsə və ya İranla bağlı nüvə məsələsini BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarsa, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çəkiləcək.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mətbuat konfransı zamanı bildirib.

Nazir İranın nüvə proqramına dair əhatəli tədbirlər planı (JCPOA) ilə bağlı mübahisələrin həlli mexanizmini irəli aparmaqla bağlı Avropa dövlətlərinin son qərarını izlədiklərini qeyd edib, ABŞ-ın JCPOA-dan çəkildiyi ötən ilin 8 may tarixindən etibarən həmin planla bağlı öz öhdəliklərini davamlı şəkildə azaltdıqlarını xatırladıb.

M.Zərif İran tərəfinin bütün addımlarını JCPOA üzrə avropalı tərəfdaşlarının davranışına görə quracağını, onların öz öhdəliklərini yetrinə yetirəcəkləri halında İran tərəfinin də eyni yola dönəcəyini vurğulayıb.

Asiya Futbol Konfederasiyasının İran komandalarını görüşləri öz evində keçirmək hüququndan məhrum edən qərarına toxunan nazir İranın regionda ən təhlükəsiz ölkə olduğunu deyib: “Burada qeyri-idman oyunlarının başladığı aşkardır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi