Yuxarı

​İran İslam Respublikasının ilk qadın səfirinin adı açıqlanıb - FOTO

O, 30 ilə yaxındır İran Xarici İşlər Nazirliyində çalışır

Bakı. 14 aprel. REPORT.AZ/ 1979-cu il İslam inqilabından sonra ilk dəfə İranı xarici ölkələrdən birində qadın-səfir təmsil edəcək.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm xarici dövlətlərdən birinə səfir təyin edilib.

M.Əfxəmin hansı ölkəyə səfir təyin edildiyi açıqlanmayıb. XİN-dən onun tutduğu vəzifəyə gətiriləcək şəxsin kimliyinə də aydınlıq gətirilməyib.

Xatırladaq ki, Mərziyə Əfxəm 30 ilə yaxındır İran XİN-də çalışır. O, 2013-cü ildən bu qurumun Mətbuat və İnformasiya Departamentinə başçılıq edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi