​İran İslam Respublikasının ilk qadın səfiri vəzifəsinin icrasına başlayıb

​İran İslam Respublikasının ilk qadın səfiri vəzifəsinin icrasına başlayıb Mərziyyə Əfhəm səfir olmazdan öncə İranın Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsində çalışıb
Region
16 Dekabr , 2015 13:55
​İran İslam Respublikasının ilk qadın səfiri vəzifəsinin icrasına başlayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ İran İslam Respublikasının ilk qadın səfiri Mərziyyə Əfhəm vəzifəsinin icrasına başlayıb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, o, vəzifəsinin icrasına başlamaq üçün Malayziyanın paytaxtı Kuala-Lumpura gedib. O, Malayziyada jurnalistlərə ilk müsahibəsini də verib: "İran və Malayziya mediasının bir-birini tanıması, əməkdaşlıq etməsi iki ölkə arasında iş birliyi üçün əhəmiyyətlidir".

Qeyd edək ki, Mərziyyə Əfhəm səfir olmazdan öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsində çalışıb.  

Son xəbərlər

Orphus sistemi