Terrorçu PKK Qərbi Azərbaycanda iki qvardiyaçını öldürüb

Terrorçu PKK Qərbi Azərbaycanda iki qvardiyaçını öldürüb İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin Makı şəhərində İnqilab Keşikçiləri Qvardiyası ilə terrorçu PKK-nın İrandakı silahlıları arasında baş verən atışma nəticəsində 2 qvardiyaçı ölüb.
Region
7 Avqust , 2019 10:28
Terrorçu PKK Qərbi Azərbaycanda iki qvardiyaçını öldürüb

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin Makı şəhərində İnqilab Keşikçiləri Qvardiyası ilə terrorçu PKK-nın İrandakı silahlıları arasında baş verən atışma nəticəsində 2 qvardiyaçı ölüb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Makı valisi Həsən Abbasi bildirib.

Onun sözlərinə görə Makı sərhəd bölgəsində separatçı terrorçularla atışmada iki qvardiyaçı ölüb.

Qeyd edək ki, bu ərazi Türkyə ilə sərhəddə yerləşir. Terrorçu PKK qruplaşmasının İrandakı qolları Qərbi Azərbaycanın Urmiya, Makı, Nəğədə kimi şəhərlərində pozuculuq fəaliyyəti göstərərək yerli sakin olan azərbaycanlı sərhədyanı ərazilərdən köçməsinə çalışırlar. Onlar Azərbaycanın bu torpaqlarına iddia edərək, “Böyük Kürdüstan”a qatmaq niyyətindədirlər.

Mütəxəssislər bildirib ki, Tehran hakimiyyəti illər əvvəl kürd etnik qrupunu təmsil edən bu terror qruplaşmasının fəaliyyətinə göz yumub. Bir sıra hallarda isə onlara yardım belə edib. Suriya və İraqda vəziyyət dəyişdikdən sonra həmin terrorçu qruplaşmalar İranda da fəallaşıblar. 

Son xəbərlər

Orphus sistemi