İran gəmisi Volqa-Xəzər gəmiçilik kanalında buzlar arasında qalıb

İran gəmisi Volqa-Xəzər gəmiçilik kanalında buzlar arasında qalıb Gəmini vəziyyətdən çıxarmaq üçün buzqıran gəmilər yola çıxıb
Region
19 Dekabr , 2016 13:23
İran gəmisi Volqa-Xəzər gəmiçilik kanalında buzlar arasında qalıb

Bakı. 19 dekabr. REPORT.AZ/ İranın "Patris" gəmisi Volqa-Xəzər gəmiçilik kanalında buzlar arasında qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin FHN idarəsindən məlumat veriblər.

Məlumata görə, "Patris" gəmisi dekabrın 15-dən buzlara ilişərək hərəkətsiz qalıb. Həştərxandan İranın Ənzəli limanına yük aparan gəmini düşdüyü bu vəziyyətdən çıxarmaq üçün buzqıran gəmilər yola çıxıb.

Qeyd edək ki, gəminin 11 nəfərdən ibarət ekipaj heyəti ərzaq və yanacaqla təmin olunub.

Son xəbərlər

Orphus sistemi