İran DİN parlament seçkiləri üçün 6220 namizədi təsdiq edib

İran DİN parlament seçkiləri üçün 6220 namizədi təsdiq edib Məclisdə 290 deputata yer olacaq
Region
16 Fevral , 2016 14:36
İran DİN parlament seçkiləri üçün 6220 namizədi təsdiq edib

Bakı. 16 fevral. REPORT.AZ/ İran Daxili İşlər Nazirliyi fevralın 26-da keçiriləcək Məclis (parlamenta) seçkiləri üçün namizədlərin yekun siyahısını təsdiq edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, DİN yekunda 6220 namizədi təsdiq edib.

Qeyd edək ki, İran DİN-i gələcək xalq seçimləri üçün namizədlərin tələblərə uyğunluğunu yoxlayan son instansiyadır. DİN namizədlər arasında əsas attestasiya işini aparan Müşahidə Şurasının ona təqdim etdiyi namizədləri sonuncu dəfə təhlil edərək yekun siyahını dərc edib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə iştirak üçün ilkin olaraq 12 123 nəfər ərizə vermişdi. Onu da qeyd edək ki, İranın qanunvericilik orqanında rəsmi seçki kampaniyası fevralın 18-dən 24-dək keçiriləcək.

Məclisdə 290 deputata yer olacaq. Hazırkı vəziyyətdə bir yerə 20-dən çox adam namizəddir. İranda parlament seçkiləri vətəndaşların birbaşa səsverməsi yolu ilə keçirilir. Deputatlar 4 illik mandat alır.

Əlavə edək ki, Məclislə yanaşı, eyni vaxtda Ekspertlər Şurasına da seçkilər keçiriləcək. Şuradakı 88 yerə 161 namizəd iddia edir. Ölkənin idarəetmə orqanlarından birinə də birbaşa səsvermə yolu ilə seçkilər keçirilir. Amma görkəmli dini alim və şəriət biliciləri 8 il müddətinə seçilir.

Şuranın əsas vəzifəsi öz heyətindən ömürlük lider və İslam Respublikasının dini liderini seçməkdir.

Son xəbərlər

Orphus sistemi