Yuxarı

​İran BMT nümayəndələrini öz hərbi obyektlərinə buraxa bilər

Bu, İran və Altılıq arasında əldə edilən sazişin bir hissəsi olacaq

Bakı. 24 may. REPORT.AZ/ İran hakimiyyəti BMT müfəttişlərini öz hərbi obyektlərinə buraxmağa hazırdır.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Abbas Arakçi yerli televiziyaya müsahibəsində bildirib.

İran rəsmisinin sözlərinə görə, onlara beynəlxalq ictimaiyyətdə şübhə doğuran obyektlərə "nəzarət altında giriş" imkanı yaradılacaq.

Abbas Arakçi bildirib ki, bu addım ABŞ və digər dünya vasitəçiləri ilə İranın nüvə proqramı üzrə əldə edilən sazişin bir hissəsi olacaq.

Bu formatda məsləhətləşmələr çərşənbə axşamı bərpa olunmalı və iyunun 30-dək davam etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi