Bakı. 9 yanvar. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu öz "Twitter" mikrobloqunda yazıb.
"Danimarka, Niderland və Fransa daxil olmaqla, avropalılar 12 min iranlını öldürən və Səddamın (Hüseyn – red.) İraq kürdlərinə qarşı cinayətlərini təşviq edən MEK-i (İran Xalq Mücahidləri Təşkilatı – red.), həmçinin digər terrorçuları gizlədirlər", - deyə Zərif bildirib və əlavə edib ki, İranın ünvanına ittihamlar Avropanı terrorçuları gizlətdiyinə görə daşıdığı məsuliyyətdən azad etmir.
Daha əvvəl İran Aİ-ni ABŞ-ın sanksiyalarına qarşı mexanizm yaratmağı yubatmaqda ittiham edib.