İran ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirləri hazırlayıb

İran ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirləri hazırlayıb XİN başçısının müavini addımların bəzilərinin İranın Silahlı Qüvvələrinin təkmilləşdirilməsinə aid olacağını qeyd edib
Region
3 Avqust , 2017 11:18
İran ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirləri hazırlayıb

Bakı. 3 avqust. REPORT.AZ/ İran ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyaları sərtləşdirilməsinə cavab olaraq 16 tədbirdən ibarət siyahı hazırlayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi məlumat verib.

O, dövlət televiziyasında çıxışı zamanı İran rəhbərliyinin konkret hansı addımlar atacağını dəqiqləşdirməyib, amma onlardan bəzilərinin İranın Silahlı Qüvvələrinin təkmilləşdirilməsinə aid olacağını deyib.

Nazir müavini, həmçinin sanksiyaların tətbiqi ilə nüvə razılaşmasının pozulduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü İran, Rusiya və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənəd Konqresdə hər iki partiya üzvlərinin fəal və davamlı işinin nəticəsi olub. O, böyük səs çoxluğu ilə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi