İran ABŞ-ın 15 şirkətinə qarşı sanksiya tətbiq edib

İran ABŞ-ın 15 şirkətinə qarşı sanksiya tətbiq edib Onların insan haqlarını kobud şəkildə pozduqları və İsrail ilə əməkdaşlıq etdikləri deyilir
Region
26 Mart , 2017 16:17
İran ABŞ-ın 15 şirkətinə qarşı sanksiya tətbiq edib

Bakı. 26 mart. REPORT.AZ/ Tehran ABŞ-ın İran, Suriya və Şimali Koreyada kütləvi qırğın silahlarının yayılmamasına dair qanun üzrə Rusiyanın 8 şirkətinə qarşı birtərəfli qaydada sanksiya tətbiq etməsinə cavab verib.

"Report" xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi (XİN) 15 Amerika şirkətinə qarşı sankisya tətbiq edildiyini bildirib.

XİN qeyd edib ki, bu şirkətlər insan haqlarını kobud şəkildə pozublar və İsrail ilə əməkdaşlıq ediblər. Bildirilir ki, "onlar sionist rejiminə, terrorçulara dəstək göstəriblər və regionda dinc sakinlərə təzyiq edilməsində iştirak ediblər, həmçinin, İsrailin Fələstin torpaqlarında qanunsuz məskənlərinin genişləndirilməsinə köməklik göstəriblər. Bu, BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinin kobud şəkildə pozulması deməkdir".

Son xəbərlər

Orphus sistemi