İnquşetiyada polis ətrafdakıları təhdid edən qardaşını güllələyib

İnquşetiyada polis ətrafdakıları təhdid edən qardaşını güllələyib Polis əməkdaşı ətrafdakıları öldürməklə təhdid edən və polisə atəş açan qardaşını cavab atəşi ilə güllələmək məcburiyyətində qalıb
Region
19 Yanvar , 2017 11:58
İnquşetiyada polis ətrafdakıları təhdid edən qardaşını güllələyib

Bakı. 19 yanvar. REPORT.AZ/ İnquşetiyada polis əməkdaşı cavab atəşi ilə ətrafdakıları öldürməklə təhdid edən və polisə atəş açan qardaşını güllələmək məcburiyyətində qalıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Yanvarın 18-də təxminən saat 16:00 radələrində əlində tapança olan Malqobek şəhərinin 30 yaşlı müvəqqəti işsiz sakini öz evinin həyətində dayanaraq silahla hədə-qorxu gəlib və ətrafdakıları öldürəcəyi ilə təhdid edib. Bundan sonra həmin şəxs vətəndaşların tərəfini tutan polis əməkdaşına - qardaşına atəş açıb. Nəticədə polis əməkdaşı tabel silahından cavab atəşi açmaqla asayişi pozan şəxsi güllələyərək öldürüb", - respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi