Pakistanın Baş naziri ilk dəfə İrana rəsmi səfər edəcək
Region
- 20 aprel, 2019
- 08:50
Pakistanın Baş naziri İmran Xan aprelin 21-də ilk dəfə İrana ikigünlük rəsmi səfər edəcək.
“Report” xəbər verir ki, məlumatı İran KİV-i yayıb.
Bildirilib ki, səfər zamanı o, İranın ali rəhbəri Seyid Əli Xamənei və ölkə Prezidenti Həsən Ruhani ilə görüşəcək. İmran Xanın keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrə dair məsələlərin, regional və beynəlxalq vəziyyətin müzakirə olunacağı gözlənilir.
Onu İrana səfərində Maliyyə, İnsan Hüquqları, Dənizçilik və Əyalətlərin Koordinasiyası nazirləri, həmçinin ticarət məsələləri üzrə müşavirlər müşayiət edəcəklər.
Son xəbərlər
16:39
"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır
Futbol16:32
Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatıb - YENİLƏNİB
Digər ölkələr16:23
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Hadisə16:10
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb
Digər ölkələr16:09
"Azəralüminium" ixrac gəlirlərini 46 % artırıb
Sənaye16:03
Foto
"Yay Fest 2026"nın "Startap və Sahibkarlıq" düşərgəsi başa çatıb
Daxili siyasət15:51
Bakı-Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
İnfrastruktur15:36
Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 15 %-ə yaxın artıb
Maliyyə15:29
Video