​İmam Rza məqbərəsinə yeni müdir təyin edilib

​İmam Rza məqbərəsinə yeni müdir təyin edilib Ondan əvvəl bu vəzifəni ayətullah Abbas Vaizi-Təbəsi tuturdu
Region
7 Mart , 2016 13:27
​İmam Rza məqbərəsinə yeni müdir təyin edilib

Bakı. 7 mart. REPORT.AZ/ İranın ali rəhbəri ayətullah Seydi Əli Xamenei İmam Rzanın məqbərəsinə höccətülislam Seyid İbrahim Rəisi-əl Sadatı müdir təyin edib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

O, Dini Ekspertlər Şurası Məclisinin (ölkənin ali rəhbərinin seçən qurum, indi ayətullah Seyid Əli Xamenei bu vəzifədədir) üzvü, ayətullah Xameneinin Xorasan əyaləti üzrə səlahiyyətli nümayəndəsidir. Ondan əvvəl bu vəzifəni ayətullah Abbas Vaizi-Təbəsi tuturdu. Ayətullah Abbas Vaizi-Təbəsi bu il martın 4-də 80 yaşında Xorasanın Məşhəd şəhərində vəfat edib.

Qeyd edək ki, şiələrin 8-ci imamı Həzrəti-İmam Rza Məşhəddə dəfn olunub. Onun qəbrinin üstündə məqbərə tikilib. Hər il onun qəbrini ziyarət etməyə milyonlarla insan gedir. 

Son xəbərlər

Orphus sistemi