Yuxarı
    Bağlamaq

    ​İlin sonunadək Rusiya və İran zənginləşdirilmiş uranı İslam Respublikasından çıxararaq təbii urana dəyişdirəcək

    Sövdələşmənin detalları texniki səviyyədə işlənilir

    Bakı. 8 dekabr. REPORT.AZ/ "İlin sonunadək Rusiya və İran zənginləşdirilmiş uranın İslam Respublikasından çıxararaq təbii uranla əvəz edilməsi prosesini yekunlaşdıracaq".

    "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada çıxışı zamanı Rusiyanın BMT-dəki daimi nümayəndasi Vladimir Voronkov deyib.

    Onun sözlərinə görə, Rusiya İrana təbii uranla yanaşı, uran kondensatını da göndərəcək. Voronkov qeyd edib ki, sövdələşmənin detalları texniki səviyyədə işlənilir.

    Vyanada nüvə proqramı üzrə qəbul edilmiş razılaşmaya əsasən, İran 3,67% zənginləşdirilmiş uran ehtiyatlarını 10 tondan 300 kiloqramadək azaltmalıdır. Qalığı isə İran Rusiyaya göndərərək əvəzində zənginləşdirilməmiş uran əldə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi