​İlin sonunadək Rusiya və İran zənginləşdirilmiş uranı İslam Respublikasından çıxararaq təbii urana dəyişdirəcək

​İlin sonunadək Rusiya və İran zənginləşdirilmiş uranı İslam Respublikasından çıxararaq təbii urana dəyişdirəcək Sövdələşmənin detalları texniki səviyyədə işlənilir
Region
8 Dekabr , 2015 02:17
​İlin sonunadək Rusiya və İran zənginləşdirilmiş uranı İslam Respublikasından çıxararaq təbii urana dəyişdirəcək

Bakı. 8 dekabr. REPORT.AZ/ "İlin sonunadək Rusiya və İran zənginləşdirilmiş uranın İslam Respublikasından çıxararaq təbii uranla əvəz edilməsi prosesini yekunlaşdıracaq".

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada çıxışı zamanı Rusiyanın BMT-dəki daimi nümayəndasi Vladimir Voronkov deyib.

Onun sözlərinə görə, Rusiya İrana təbii uranla yanaşı, uran kondensatını da göndərəcək. Voronkov qeyd edib ki, sövdələşmənin detalları texniki səviyyədə işlənilir.

Vyanada nüvə proqramı üzrə qəbul edilmiş razılaşmaya əsasən, İran 3,67% zənginləşdirilmiş uran ehtiyatlarını 10 tondan 300 kiloqramadək azaltmalıdır. Qalığı isə İran Rusiyaya göndərərək əvəzində zənginləşdirilməmiş uran əldə edəcək.

Son xəbərlər

Orphus sistemi