Yuxarı
    Bağlamaq

    İran DİN başçısının müavini: "Hücumlar zamanı 2 nəfər ölüb, 34 nəfər yaralanıb"

    Hüseyn Zülfüqari: İran parlamentinə hücum edən terrorçular binaya əsas girişdən qadın geyimində daxil olublar

    Bakı. 7 iyun. REPORT.AZ/ "İran parlamentinə və Tehranda ayətullah Xomeyninin məqbərəsinə edilən hücumlar nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb".

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.

    Onun sözlərinə görə, bütün təhlükəsizlik xidmətləri yeni terror hücumunun qarşısını almaq üçün yüksək döyüş hazırlığına gətirilib.

    Nazir müavini bildirib ki, İran parlamentinə hücum edən terrorçular binaya əsas girişdən qadın geyimində daxil olublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi