Yuxarı

Hollandiyanın İstanbuldakı baş konsulluğunun fəaliyyəti dayandırılıb

Rəsmi Amsterdam bu addımı terror təhlükəsini əsas gətirərək atıb

Bakı. 23 mart. REPORT.AZ/ Hollandiyanın İstanbuldakı baş konsulluğunun fəaliyyəti dayandırılıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, rəsmi Amsterdam bu addımı terror təhlükəsini əsas gətirərək atıb.

Hollandiyanın xarici işlər naziri Bert Koenders konsulluq binasının boşaldıldığını və müvəqqəti bağlanıldığını bildirib.

"Artıq İstanbuldakı Hollandiya vətəndaşlarına baş konsulluğun binasına və ətrafına gəlməmələri barədə xəbərdarlıq edilib", - deyə nazir qeyd edib.

Qeyd edək ki, Hollandiyanın baş konsulluğunun binası İstanbulun Taksim meydanında, İstiqlal prospektində yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi