Bakı. 23 may. REPORT.AZ/ Hindistanın baş naziri Narenda Modi Tehrana rəsmi səfər edib.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Məlumata görə, onu Tehranda Sadabad sarayında İran prezidenti Həsən Ruhani rəsmi mərasimlə qarşılayıb.
Narenda Modi Tehrana səfəri çərçivəsində Hindistan, İran və Əfqanıstan arasında siyasi, iqtisadi və mədəni sahədə ortaq əməkdaşlığa dair imzalanan üçtərəfli müqavilənin icrası vəziyyətini, ikitərəfli, regional və beynəlxalq əlaqələrin artırılması kimi məsələləri müzakirə edəcək.