Hindistanda avtobusun qəzaya uğraması nəticəsində 29 nəfər ölüb

Hindistanda avtobusun qəzaya uğraması nəticəsində 29 nəfər ölüb Hindistanın şimalındakı Aqra şəhərində avtobusun dərəyə aşması nəticəsində ən azı 29 nəfər ölüb.
Region
8 İyul , 2019 07:28
Hindistanda avtobusun qəzaya uğraması nəticəsində 29 nəfər ölüb

Hindistanın şimalındakı Aqra şəhərində avtobusun dərəyə aşması nəticəsində ən azı 29 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “India Today” nəşri yazıb.

Bildirilib ki, qəza baş verən ərazidə 27 nəfərin cəsədi aşkar edilib. Daha 16 nəfərin yaralandığı deyilir. Yaralanan şəxslər xəstəxanalara aparılıb.

Uttar Pradeş ştatının polis bölməsi özünün “Twitter” səhifəsində yazıb ki, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub. Belə ki, Lakhnau şəhərindən paytaxt Dehliyə gedən avtobus 4,5 metr dərinlikdə olan dərəyə aşıb.

Son məlumata görə, 20 sərnişin xilas edilib. Hazırda Hadisə yerinə xilasedicilər cəlb edilib.

Son xəbərlər

Orphus sistemi