Həsən Ruhani: "ABŞ səkkiz dəfə İrana danışıqlar aparmağı təklif edib"
Region
- 20 may, 2019
- 21:55
İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ Dövlət Departamenti rəsmən səkkiz dəfə Tehrana danışıqlara başlamaqla bağlı müraciət edib.
"Report" xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
İran prezidentinin sözlərinə görə, o, danışıqları və diplomatiyanı dəstəkləyir, ancaq indiki şərtlərdə bunları düzgün hesab etmir.
O, qeyd edib ki, 2018-ci ildə BMT-yə səfəri zamanı "beş yaxşı tanınmış dünya lideri" Amerika prezidenti Donald Trampla danışıqlarda vasitəçilik təklifi ilə rəsmi Tehrana müraciət edib.
"Dövlət Departamenti həmçinin səkkiz dəfə bizə xahişlərlə müraciət edirdi", - deyə Ruhani bildirib.
İran prezidenti əlavə edib ki, "bu gün danışıqlar yox, müqavimət və möhkəmlik vaxtıdır".
Son xəbərlər
11:56
Əraqçi: Cenevrəyə real təşəbbüslərlə ədalətli razılaşmaya nail olmaq üçün gəldim
Region11:52
Pakistanda partlayış nəticəsində iki nəfər ölüb
Digər ölkələr11:52
Foto
Qusarda 6 kəndin yolu yararsız vəziyyətdədir, təmir bu il tamamlanacaq
İnfrastruktur11:44
Səfir: Bakı və Əbu-Dabi hərtərəfli iqtisadi tərəfdaşlıq barədə razılığa gəlib
Xarici siyasət11:37
Bakıda qadının əməliyyatdan sonra ölməsi ilə bağlı araşdırma aparılır
Hadisə11:36
Foto
Xocalı şəhəri, Hadrut və Qırmızı Bazar qəsəbələrinə daha 60 ailə yola salınıb
Daxili siyasət11:35
BƏƏ naziri: Azərbaycanla münasibətlər ümumi inkişaf baxışına əsaslanır
Xarici siyasət11:34
Ukraynanın sabiq energetika naziri "Midas" işi üzrə şübhəli bilinir
Digər ölkələr11:28