Hakim partiya nümayəndəsi: “Marneulidəki seçkilərdə heç bir pozuntu baş verməyib”

Hakim partiya nümayəndəsi: “Marneulidəki seçkilərdə heç bir pozuntu baş verməyib” “Marneuli rayonunda icra başçısı seçkilərində heç bir qanun pozuntusu qeydə alınmayıb”.
Region
19 May , 2019 15:33
Hakim partiya nümayəndəsi: “Marneulidəki seçkilərdə heç bir pozuntu baş verməyib”

“Marneuli rayonunda icra başçısı seçkilərində heç bir qanun pozuntusu qeydə alınmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının liderlərindən biri İrakli Sesiaşvili deyib.

O bildirib ki, Marneulidə seçicilərin azad şəkildə səs verməsi üçün hər bir şərait yaradılıb:

“Mən opponentləri bir daha vətəndaşların seçki hüququna hörmətlə yanaşmağa çağırıram”.

İ.Sesiaşvili müxalifəti rayonda səsvermə prosesinin gedişatı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edib.

Son xəbərlər

Orphus sistemi