Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib

Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın Bakıda bu gün başlayan ilk iclasında ekspertlər səviyyəsində görüş olub.
Region
23 May , 2019 22:35
Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib

"Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın Bakıda bu gün başlayan ilk iclasında ekspertlər səviyyəsində görüş olub".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə komissiyanın Gürcüstan tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Laşa Darsalia "Interpressnews" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sabah komissiyanın iclası davam etdiriləcək: "İclasın ilk günündə tərəflər bir-birlərinə öz mövqe və arqumentlərini təqdim ediblər. Sabah iş davam etdiriləcək. Buna görə də nəticələr barədə danışmaq hələ tezdir".

Daha əvvəl Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib ki, Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi