Gürcüstanın Ukraynadakı səfiri geri çağırılıb

Gürcüstanın Ukraynadakı səfiri geri çağırılıb Gürcüstanın Ukraynadakı səfiri Gela Dumbadze vəzifəsindən azad olunub.
Region
1 İyul , 2019 18:15
Gürcüstanın Ukraynadakı səfiri geri çağırılıb

Gürcüstanın Ukraynadakı səfiri Gela Dumbadze vəzifəsindən azad olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu barədə qərar G.Dumbadze ilə məsləhətləşmələrdən sonra qəbul olunub. Diplomat bundan sonra XİN-də fəaliyyətini davam etdirəcək.

Gürcüstanın Ukraynadakı səfiri vəzifəsinə kimin təyin olunacağı hələ məlum deyil.

Qeyd edək ki, G.Dumbadze 2017-ci ilin iyunun 15-də Ukraynaya səfir təyin olunub. O, 2014-2016-cı illərdə Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri olub. 

Son xəbərlər

Orphus sistemi