Gürcüstanın şərqində qasırğa nəticəsində evlərin damları uçub, kəndlər işıqsız qalıb

Gürcüstanın şərqində qasırğa nəticəsində evlərin damları uçub, kəndlər işıqsız qalıb Leysan yağışları küçələrin, zirzəmilərin su altında qalması ilə nəticələnib
Region
15 Sentyabr , 2016 11:14
Gürcüstanın şərqində qasırğa nəticəsində evlərin damları uçub, kəndlər işıqsız qalıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Gürcüstanın şərqində yerləşən Laqodexi rayonunun bir neçə kəndində qasırğa nəticəsində onlarla evin və binanın dam örtüyü uçub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə rayon orqanlarının nümayəndələri bildirib.

Həmçinin onlarla ağac kökündən qoparaq aşıb, bir neçə elektrik xətti zədələnib. Bunun nəticəsində də Laqodexi rayonunun kəndlərinə enerji təchizatı dayandırılıb.

Eyni zamanda leysan yağışları küçələrin, zirzəmilərin və onlarla şəxsi evlərin birinci mərtəbəsinin su altında qalması ilə nəticələnib.

İlkin məlumatlara görə, təbiət hadisəsi nəticəsində insan tələfatı yoxdur.

Son xəbərlər

Orphus sistemi