Gürcüstanın azərbaycanlılar yaşayan kəndində toyda zəhərlənənlərin sayı 200-ə çatıb - YENİLƏNİB

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində toyda zəhərlənənlərin sayı 200-ə çatıb - YENİLƏNİB 50 nəfər intoksikasiya əlamətləri ilə xəstəxanaya yerləşdirilib
Region
30 Avqust , 2016 12:38
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində toyda zəhərlənənlərin sayı 200-ə çatıb - YENİLƏNİB

Bakı. 30 avqust. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində keçirilmiş toyda zəhərlənənlərin sayı 200 nəfərə çatıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, son olaraq 50 nəfər intoksikasiya əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlər arasında 28 azyaşlı uşaq var. Onlardan 21-i hələ də xəstəxanada qalır. Zəhərlənənlər Marneuli, Rustavi, Bolnisi və Tbilisidə klinikalara yerləşdiriliblər.

***11:03

Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində keçirilmiş toyda 150-dən çox adam, o cümlədən 28 uşaq zəhərlənib.

Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

İlkin məlumatlara görə, kütləvi zəhərlənməyə səbəb qida məhsulu və ya içki olub.

Zərərçəkmişlər yerli xəstəxanalara çatdırılıblar. 40 nəfər hələ də xəstəxanalarda qalıb, onların vəziyyəti sabit dəyərləndirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi zəhərlənmə faktı üzrə istintaqa başlayıb.

Qeyd edək ki, Sadaxlı Gürcüstan Respublikasının Kvemo-Kartli diyarında Marneuli bələdiyyəsinin əhalisinin sayı baxımından ən böyük kəndidir.

Gürcüstanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ildə əhalinin rəsmi siyahıya alınmasına əsasən, Sadaxlı kəndinin əhalisinin sayı 9486 nəfərdir və bunun 97%-ni azərbaycanlılar təşkil edir.

Son xəbərlər

Orphus sistemi