Gürcüstanın sabiq müdafiə naziri “Rustavi 2”nin yeni sahibinə qarşı məhkəmə iddiası qaldırıb

Gürcüstanın sabiq müdafiə naziri “Rustavi 2”nin yeni sahibinə qarşı məhkəmə iddiası qaldırıb Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının lideri, sabiq müdafiə naziri İrakli Okruaşvili “Rustavi 2” televiziya kanalının yeni sahibi Kibar Xalvaşiyə qarşı məhkəmə iddiası qaldırıb.
Region
19 İyul , 2019 13:09
Gürcüstanın sabiq müdafiə naziri “Rustavi 2”nin yeni sahibinə qarşı məhkəmə iddiası qaldırıb

Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının lideri, sabiq müdafiə naziri İrakli Okruaşvili “Rustavi 2” televiziya kanalının yeni sahibi Kibar Xalvaşiyə qarşı məhkəmə iddiası qaldırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, siyasətçi televiziyanın qanuni sahibi olduğunu iddia edərək K.Xalvaşinin adına qeydiyyata alınan payın müsadirə olunmasını tələb edir.

İddia ərizəsini İ.Okruaşvilinin vəkili Gia Zodelaşvili Tbilisi Şəhər Məhkəməsinə təqdim edib.

O bildirib ki, İ.Okruaşvilinin kanalın sahibi olması barədə sənəd var: “Sənədlə təsdiq olunub ki, İrakli Okruaşvili Kibar Xalvaşinin adından “Rustavi 2”də pay alıb. İrakli Okruaşvilinin teleşirkətə sahib olmaq hüququ var”.

G.Zodelaşvili qeyd edib ki, K.Xalvaşinin “Rustavi 2” ilə bağlı hər hansı bir qərar verməklə bağlı səlahiyyəti olmayıb: “Bu qaydanın pozulacağı halda, o, İrakli Okruaşviliyə 7 milyon dollar həcmində cərimə ödəməli idi. Bu şərt pozulub, belə ki, Kibar Xalvaşinin hərəkətləri İrakli Okruaşvili ilə razılaşdırılmayıb”.

Qeyd edək ki, ötən gün Avropa İnsan Hüquqları Məhkəməsi müxalif “Rustavi 2”nin iddialarını təmin etmədikdən sonra Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestri biznesmen Kibar Xalvaşini televiziya kanalının sahibi kimi qeydiyyata alıb. “Rustavi 2 yayım şirkəti” MMC-nin toplantısında qəbul olunan qərara əsasən, Nika Qvaramia kanalın baş direktoru vəzifəsindən azad olunub, onun yerina Paat Salia təyin edilib.

Son xəbərlər

Orphus sistemi