Gürcüstanın ixracı artıb, idxalı azalıb

Gürcüstanın ixracı artıb, idxalı azalıb Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 10 mlrd. 367,3 mln. dollar həcmində olub.
Region
13 Noyabr , 2019 11:07
Gürcüstanın ixracı artıb, idxalı azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 10 mlrd. 367,3 mln. dollar həcmində olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə bu həcm 0,5% artıb.

Hesabat dövründə Gürcüstanın ixracı illik müqayisədə 10,4% artaraq 3 mlrd. 035,7 mln. dollar, idxalı isə 3,1% azalaraq 7 mlrd. 331,6 mln. dollar təşkil edib.

Bu ilin ilk 10 ayı ərzində qonşu ölkənin ticarət kəsiri 4 mlrd. 295,8 mln. dollara bərabər olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,4% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi